İspaniya La Liqasında 19-cu turunda “Atletik” Bilbao “Real” Madridi qəbul edib.
Qarşılaşmaya fəal başlayan “Kral klubu” matçın 13-cü dəqiqəsində topu “Atletik”in qapısından keçirsə də, VAR Kilian Mbappenin oyundankənar vəziyyətə olduğunu müəyyənləşdirib. Görüşün 31-ci dəqiqəsində meydan sahibləri hesabı açmağa yaxın olub. Lakin Aleks Berenger yaxın məsafadən qapını dəqiq nişan ala bilməyib. Fasilədən sonra isə Berenger istəyinə nail olub. O, 53-cü dəqiqədə təşkil olunan hücumu qolla tamamlayıb. Bir qədər sonra “Real” hesabı bərabərləşdirmək üçün yaxşı imkan əldə edib. Lakin Mbappenin penaltidən vurduğu topu Xulen Aqirresabala dəf edib. Bununla belə qonalar 78-ci dəqiqədə tarazlıq yaradıblar. Jud Belinqem komandasını ümidləndirib. “Real” futbolçularının sevinci çox çəkməyib. 2 dəqiqə sonra Qorka Quruseta qələbə qolunu vurub: “Atletik” Bilbao- “Real” Madrid 1:2.